AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Türkiyədə iranlı əmək fəalı Mikayıl Sadiqi saxlanılıb

16:37, 23 Avqust 2023 👁 Oxunub: 31

Mərivan şəhərindən olan İnşaat İşçiləri və Ustalar Dərnəyinin idarə heyətinin üzvü, əmək fəalı Mikayıl Sadiqi Türkiyəni tərk edərkən saxlanılıb və bu ölkədəki qaçqın düşərgələrindən birinə köçürülüb.

Avaz.Biz “Hana” insan haqları təşkilatının məlumatına istinadən xəbər verir ki, Mikayıl Sadiqi İranın Kürdüstan əyalətində, eləcə də bütün ölkədə tanınmış əmək fəallarından biridir. Sadiqi işçilərə dəstək məqsədilə fərdi və həmkarlar ittifaqı fəaliyyətinə görə İran təhlükəsizlik aparatı tərəfindən bir neçə dəfə sorğu-suala çağırıldıqdan sonra həbs edilib. Hadisə barədə hələlik əlavə məlumat açıqlanmayıb. Avaz.Biz