AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda iqtisadi böhran güclənir:744 milyard tümən kapital bazarı tərk edib

17:46, 24 Avqust 2023 👁 Oxunub: 16

İranda iqtisadi böhranın davam etməsi fonunda bu ilin ilk 5 ayında əmlak bazarlarının fəaliyyətinin nəzərdən keçirilməsi göstərir ki, bu müddət ərzində Tehran birjasının göstəriciləri mənfi 3,1% olub.

Avaz.Biz xəbər verir ki, bu barədə “İqtisad Dünyası” nəşri xəbər yayıb. Məlumata görə, avqust ayında birja indeksinin gəliri mənfi 2,3% olub və fond bazarı rəqabəti digər bazarlara buraxıb. “Cari ilin ilk beş ayında 5,8% ilə ən yüksək gəlirlilik bank depozitlərinin dərəcəsi ilə bağlı olub, sərbəst bazarda dolların gəlirliyi isə 2,7% ilə ikinci yerdə qərarlaşıb. Bu müddət ərzində ən aşağı gəlir dərəcəsi qızıl sikkənin dörddə birinə (çeyrek qızıl) aid idi və beş ayda bu aktivə investisiya qoymaq 13% mənfi gəlirlə nəticələndi. Bundan sonra sikkə investisiyası 3,9% itki ilə üzləşdi” - məlumatda deyilir. Sərbəst bazarda dollar avqust ayı ərzində 0,7% artaraq iyulun son günlərində 48 650 tüməndən 49 000 tümənə yüksəlib. İnflyasiya gözləntilərinin səviyyəsinin nisbi azalması, dollar və sikkə bazarlarında məhdudiyyətlər, bank əmanətlərinin faiz dərəcəsinin artması investisiyaların bazarlarda yeni mövqe tutmasının səbəblərindəndir. Son günlərdə tələb və təklifin tarazlaşdırılmasına və səhmlərin alqı-satqısına baxmayaraq, çərşənbə günü real kapitalın bazardan çıxması prosesi davam edib və təxminən 744 milyard tümən real kapital bazarı tərk edib. Kamran İsayev Avaz.Biz