AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Avropanı bəyənməyən İran xalqa Çexiya əti satacaq - FOTO

13:00, 25 Avqust 2023 👁 Oxunub: 29

İranda mağazaların pəncərələrinə “Üç aya qədər Çexiya Respublikası istehsalı olan ətin satışına başlanacaq” yazılı elan vurulur.

Avaz.Biz xəbər verir ki, bu barədə "Azad İran" Telegram kanalı məlumat yayıb. Qeyd edək ki, İranda xalq kəskin inflyasiya və bahalaşmadan əziyyət çəkir. Bir sıra qida məhsullarında, habelə ətin qiymətində kəskin bahalaşma gedir. İndi isə ölkədə insanlar ət ala bilmədikləri bir vaxtda Çexiya ətinin satışı onlara nə verəcək? Xatırladaq ki, hətta İranın bəzi bölgələrində hicabsız qadınlara ət satışı qadağandır. Avaz.Biz