Avaz.Biz xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-nin Tehrandan Rusiyanı PUA-lara təchiz etməyi dayandırması tələbinə baxmayaraq, Moskva-Tehran hərbi əməkdaşlığının “geosiyasi təzyiqlərə” tab gətirəcəyini söyləyib.
“Moskva və Tehranın ikitərəfli beynəlxalq öhdəliklərinə uyğun olaraq, Rusiyanın İranla “tamamilə qanuni” hərbi əməkdaşlığında heç bir dəyişiklik yoxdur. Biz Amerikanın və onun peyklərinin diktəsinə tabe olmayan müstəqil ölkələrik”, - Ryabkov deyib.
Böyük Britaniyanın “Financial Times” qəzeti bu yaxınlarda İran rəsmisinin, habelə dolayı Tehran-Vaşinqton danışıqlardan xəbərdar olan başqa bir mənbənin bəyanatlarına istinadən ABŞ-nin Rusiyanın Ukraynaya hücumlarda istifadə etdiyi PUA-larla təchiz etməyi dayandırması üçün Tehrana “təzyiq” göstərdiyini yazıb.
Avaz.Biz