AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran səfiri Ermənistanın ərazi bütövlüyünü necə başa düşür?

17:34, 26 Avqust 2023 👁 Oxunub: 32

Molla rejiminin Ermənistanı hərtərəfli himayə etdiyi məlumdur. Bunu çox zaman dildə yox əməldə etdikləri üçün bəzən “sudan quru çıxa” bilirdilər. Amma bu dəfə İranın Ermənistanı tamamilə “qanadının” altına aldığı etiraf edildi.

Armenpress.am-ın yaydığı məlumata görə, İrəvanda keçirilən iqtisadi sərgi zamanı İranın Ermənistandakı səfiri Mehdi Sobhani bəyan edib ki, İran Ermənistanın ərazi bütövlüyü və suverenliyini qoruyur. “Bizim əsas siyasətimiz Ermənistan Respublikası ilə əlaqələrin inkişafıdır. Biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edirik”, - səfir bildirib. Səfir əlavə edib ki, İran və Ermənistan, xüsusən də Ermənistan müstəqillik əldə etdikdən sonra heç bir səviyyədə və heç bir sahədə problemi olmayıb. İran səfiri Ermənistanın ərazi bütövlüyünü və suverenliyini kimdən qoruyur? Ermənistanın ərazi bütövlüyü deyəndə nəyi nəzərdə tutur? Qarabağı "Ermənistan" hesab edir? Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan məsələni şərh edərək deyib ki, “İran əslində Ermənistanı bu sayaq müdafiə etməklə Cənubi Qafqazda nüfuzunu artırmağa çalışır. Özünü sərhədlərin pozulmasına qarşı mübarizə aparan dövlət kimi göstərməyə cəhd edir. Halbuki, dünyada sərhədlərin pozulmasında, dövlət sərhədlərinin dəyişdirilməsində iştirak edən, başqa ölkələrə qarşı əsassız ərazi iddiasında olan dövlətlərdən biri də İran hakimiyyətidir. İran hakimiyyəti Rusyaya hərbi yardım göstərməklə Ukraynanın ərazi bütövlüyün pozulmasında öz iştirakını həyata keçirir. İran Əbumusa, Böyük və Kiçik Tunb adaları ilə bağlı Birləşmiş Ərəb Əmirlikləri ilə aralarında olan ərazi mübahisəsi ilə mahiyyətini ortaya qoyur. İran Gürcüstan ərazilərinin işğalında Rusiyanı diplomatik yolla dolayısı ilə dəstəkləməklə bunu həyata keçirdi və sair. Ermənistanın da guya ərazi bütövlüyün2 qoruyacaqlarını deməklə İran hakimiyyəti regionda sülh və təhlükəsizliyə qarşı çıxır. Həm ərazi bütövlüyü, həm ikitərəfli danışıqlar, həm də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsi Azərbaycanla Ermənistan arasında ola biləcək bir mövzudur. İran “Ermənistanın ərazi bütövlüyünü qoruyuruq” kimi məsələləri şüar etməklə özünü Cənubi Qafqazda vacib dövlətlərdən biri olaraq qələmə verməyə çalışır. Əslinə qalsa, İranın istəyi Zəngəzur dəhlizinə qarşı çıxmaqdır. İran Qafanda təcili konsulluq açmaqla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına əngəl törədib. Sərhədlərin müəyyənləşməsi ilə bağlı hələ heç bir proses başlamadan, hələ heç bir sənəd imzalanmadan İranın bu sayaq canfəşanlıq etməsi daha çox Azərbaycana təzyiq göstərməkdir, Ermənistanla tərəfdaşlığını sübuta yetirməkdir”-deyə bildirdi. S. Soltan əlavə etdi ki, İran həm də bu yolla erməni lobbisinə, Fransaya və Rusiyaya dəstək verməyə çalışır. Müsahibimizin sözlərinə görə, hazırda regionda hansısa ölkənin ərazi bütövlüyünün parçalanması ilə bağlı heç bir fikir söylənilmir. “İran bu yolla Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına problem yaratmağa cəhd göstərir. Fransa, Rusiya, daha başqa ermənisevər, Ermənistanı dəstəkləyən qüvvələrin tərəfindən çıxış etməyə çalışır və özünü onlara yaxın göstərmək niyyətindədir. Bu yolla da öz beynəlxalq imicini, nüfuzunu artırmağa cəhd göstərir”-deyə S.Soltan vurğuladı. (Baki-xeber) Avaz.Biz