AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

"Taliban" “Təsnim”in fotoqrafını İranın Kabildəki səfirliyinə təhvil verib

18:00, 26 Avqust 2023 👁 Oxunub: 18

Bir həftə əvvəl İran hökumətinə yaxın olan “Təsnim” xəbər agentliyinin fotoqrafının "Taliban" tərəfindən saxlanıldığı açıqlanmışdı. Bununla bağlı verilən son xəbərdə həmin şəxsin sərbəst buraxıldığı bildirilir.

Avaz.Biz “Təsnim” agentliyinin məlumatına istinadən xəbər verir ki, "Taliban" həbs edilmiş fotoqrafı İranın Kabildəki səfirliyinə təhvil verib. "Taliban"ın sözçüsünün müavini Bilal Kərimi fotoqraf Məhəmməd Hüseyn Vilayətinin sərbəst buraxıldığını bildirib. Lakin Vilayəti hələ də İrana qayıtmayıb. Qeyd edək ki, avqustun 19-da “Təsnim” xəbər agentliyi özünün “fotoqrafı və redaktoru” kimi təqdim etdiyi Məhəmməd Hüseyn Vilayətinin Əfqanıstandakı "Taliban" qruplaşması tərəfindən həbs olunduğunu elan etmişdi. Agentliyin məlumatına görə, qanuni yolla hava sərhədindən keçməklə qeyri-işgüzar səfərlə Əfqanıstana gələn Məhəmməd Hüseyn Vilayəti 10 gün Kabildə olub. O, səfərdən geri qayıdarkən heç bir konkret izahat verilmədən Kabil Hava Limanında həbs edilib. Avaz.Biz