AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran səfiri: Tehran Pakistana ucuz elektrik və qaz çatdıra bilər

12:25, 28 Avqust 2023 👁 Oxunub: 25

Pakistan elektrik enerjisi və qaz çatışmazlığı ilə üzləşdiyi üçün İran elektrik enerjisi və qazı “ən aşağı qiymətə” çatdırmaqla Pakistanın enerji problemini həll edə bilər.

Avaz.Biz xəbər verir ki, İranın İslamabaddakı yeni səfiri Rza Əmiri Müqəddəm bir neçə yerli media müxbiri ilə qeyri-rəsmi söhbətdə iki ölkə arasında qaz kəmərinin tamamlanmasının və Pakistanın İran qazını almasının ABŞ-nin sanksiyaları təhlükəsi ilə üzləşməyəcəyini deyib. 2009-cu il müqaviləsi əsasında Pakistanın İrandan qaz idxalı üçün kəmər çəkməkdən imtina etməsi məsələsinə toxunan Müqəddəm bildirib ki, bu müstəvidə Pakistanın ABŞ sanksiyaları ilə üzləşməməsi üçün Tehran “həll” yolları axtarır. Maraqlıdır ki, bu bəyanatlar İranın özünün yayda ciddi elektrik enerjisi, qışda isə qaz çatışmazlığı ilə üzləşdiyi şəraitdə səslənir. Bununla belə, İbrahim Rəisi hökuməti hətta elektrik enerjisi və qaz ixracını artırıb. Energetika Nazirliyinin rəsmi internet saytında dərc olunan aylıq statistikaya görə, İranın 2023-cü ilin ilk dörd ayında elektrik enerjisi ixracı təxminən 1,9 teravat/saata çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 92% çoxdur. Avaz.Biz