AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın Gənavə limanında sahil və dənizin geniş miqyasda çirklənməsi - VİDEO

13:57, 28 Avqust 2023 👁 Oxunub: 24

Gənavə sualtı xəttindən Xark limanına neft sızması Buşəhr sahillərinin və dənizin genişmiqyaslı çirklənməsinə səbəb olub.

Avaz.Biz Buşəhr Liman və Dəniz Gəmiçiliyinin baş direktoru Məhəmməd Şəkibinəsəbə istinadən xəbər verir ki, bu ərazidə neft sızıntısı hələ də davam edir və sızma aradan qaldırılana qədər təkcə avadanlıqla aparılan təmizləmə işləri “effektiv deyil”. Gənavə Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Kambiz Abdullahi də bu çirklənmənin səviyyəsinin “ifrat” şəkildə olduğunu deyib. Yarım əsrdən də əvvəl işə salınan bu kəmər Gənavə limanını İranın ən böyük neft ixracı terminalı olan Xark adasına birləşdirir. Ötən onilliklər ərzində İran köhnə neft kəmərlərinin yenilənməsinə çox böyük sərmayə qoymadığından son vaxtlar İranın cənubundakı sahil və dəniz sularında neft sızıntıları ilə bağlı ciddi qəzalar baş verir. 2019-cu ilin sentyabrında Xark adasındakı boru kəmərindən neft sızması genişmiqyaslı çirklənməyə səbəb olub və bu, Gənava sahillərinə qədər davam edib. İran hakimiyyəti isə insidentdən səkkiz gün sonra və yalnız 20 kilometrlik neft ləkəsinin şəkilləri yayımlanandan sonra qəzanın baş verdiyini təsdiqləyib.
Avaz.Biz