AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran parlamentariləri "Taliban" hökumətinin xarici işlər naziri ilə görüşüblər

15:10, 28 Avqust 2023 👁 Oxunub: 24

Sistan və Bəlucistanda su böhranını alovlandıran Hirmənd su təchizatının təminatına "Taliban"ın mane olması fonunda İran parlamentinin yeddi üzvündən ibarət nümayəndə heyəti Kabilə səfər çərçivəsində Əfqanıstanın xarici işlər naziri ilə görüşdə Tehranın "müxtəlif hallardakı təcrübələrini" "Taliban"la bölüşməyə hazır olduğunu bildirib.

Avaz.Biz Əfqanıstanın Xarici İşlər Nazirliyinin sözçüsünün müavini və ictimaiyyətlə əlaqələr üzrə müavini Hafiz Ziya Əhmədə istinadən verir ki, görüşdə bir sıra məsələlər üzrə ikitərəfli əməkdaşlıq barədə müzakirələr aparılıb. “Cavad Kərimi Qüddusinin başçılıq etdiyi İran parlamentinin yeddi nəfərdən ibarət nümayəndə heyəti Əfqanıstanın Rəhbərlik Şurasının xarici işlər naziri vəzifəsini icra edən Əmir Xan Müttəqi ilə təhlükəsizlik, narkotiklərlə mübarizə, qaçaqmalçılığın qarşısının alınması, sərhədlərin mühafizəsi və ticarət mövzusunda ətraflı müzakirələr aparıb. İranlı parlamentarilər Tehranın müxtəlif hallarda öz təcrübələrini Əfqanıstanın hakim orqanı kimi “Taliban”la bölüşməyə hazır olduğunu vurğulayıblar”, - Ziya Əhməd deyib. İranın hakimiyyət orqanları “Taliban” yenidən hakimiyyətə gəldikdən sonra “Əfqanıstanın İdarə heyəti”ni tanımaqdan imtina etsə də, bu ölkənin səfirliyinin “Taliban” tərəfindən idarə olunmasına razılıq verərək, Kabilə yeni səfir göndərib. Avaz.Biz