AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda avqust ayında inflyasiya səviyyəsi təxminən 40% olub

16:40, 28 Avqust 2023 👁 Oxunub: 29

İranda ev təsərrüfatlarının ötən ilin avqust ayı ilə müqayisədə inflyasiya səviyyəsi 39,8%, hər ailə üçün isə 46,7% təşkil edib.

Avaz.Biz İranın Statistika Mərkəzinin hesabatına istinadən xəbər verir ki, ev təsərrüfatları bu ilin avqust ayında keçən ilin eyni dövrü ilə müqayisədə eyni mal və xidmətlər dəstini almaq üçün orta hesabla 39,8% çox vəsait xərcləyiblər. Ölkədə ev təsərrüfatlarının istehlak qiymətləri indeksi ötən ilin avqustundan bu ilin avqustun sonuna kimi 1 il ərzində 46,7% artıb. 13-cü hökumətin fəaliyyətə başladığı vaxtdan bəri İranın milli valyutasının dəyəri 50%-dən çox aşağı düşüb. Dünya Bankının hesabatına görə, İran Venesuela, Livan, Zimbabve və Argentinadan sonra dünyada ən yüksək ərzaq inflyasiyasına malik ölkədir. Bu qurumun dünyada ərzaq məhsullarının inflyasiyası ilə bağlı statistikasının son göstəriciləri İranda bu ilin may ayı ərzində ərzaq mallarının 78% bahalaşdığından xəbər verir. Avaz.Biz