AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Təbrizdə xalqa dəstək verən polis intihar edib - FOTO

12:24, 29 Avqust 2023 👁 Oxunub: 20

Təbrizdə xalqa dəstək verən polis özünə qəsd edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, Şərqi Azərbaycan əyalətinin Polis Qüvvələrinin xüsusi təyinatlı dəstəsinin əməkdaşlarından olan kapitan Vəhid Təbrizi Şəkib dünən səhər saatlarında Təbriz Xüsusi Bölməsinin Pastor küçəsində yerləşən mərkəzi ofisi qarşısında başına atəş açaraq öz həyatına son qoyub. Qeyd edilib ki, kapitan Vəhid Şəkib Urmu gölünün qurudulmasına etiraz edənlərə qarşı repressiya həyata keçirmək istəmədiyi və komandanlığın təzyiqinə məruz qaldığı üçün məcbur qalaraq özünə qəsd edib. Avaz.Biz