AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın dövlət bankında 3 trilyon tümən mənimsənilib

16:57, 29 Avqust 2023 👁 Oxunub: 13

Tehranın dövlət və inqilab prokuroru dövlət banklarından birində 29 trilyon rialın mənimsənilməsini aşkarlayıb.

Avaz.Biz xəbər verir ki, prokuror Əli Salehi dövlət bankının fond departamentinin müdirinin mənimsəmə törətdiyini və əsas şübhəli bilinən şəxsin ölkəni tərk etməzdən əvvəl Kəşfiyyat Nazirliyi tərəfindən saxlanıldığını bildirib. “Bankın fond departamentinin direktoru bu işdə digər təqsirləndirilən şəxslərlə bank şəbəkəsindən kənarda razılaşdıqdan sonra bu məbləği "Tether" tipli 60 milyon xarici rəqəmsal valyutaya çevirməyə çalışıb. O, qeyri-qanuni olaraq qərb sərhədlərindən birini tərk edərək öz seçdiyi Avropa ölkəsinə getməyə cəhd göstərib. İş üzrə müttəhim 29 trilyon rial məbləğində iki şifrlənmiş çek verib qeydiyyata salmaqla və filial rəhbərinin xüsusi möhüründən istifadə edərək onun imzasını saxtalaşdırmaqla cinayət planını həyata keçirməyə çalışıb”, - Salehi deyib. Tehranın dövlət və inqilab prokuroru yeni mənimsəmə işində təqsirləndirilən şəxslərin adlarını çəkməkdən imtina edib. Halbuki İranda hökumət mediası hakimiyyətin əleyhdarlarına qarşı, adətən, bu qaydanı gözləmir. İran hakimiyyətinin dövlət məmurlarının iqtisadi korrupsiyasına qarşı mübarizə iddialarına baxmayaraq, bu sahədə ifşaedici xəbərlər getdikcə daha çox dərc olunur və hətta hökumətə yaxın şəxslər İranın dövlət qurumlarında iqtisadi korrupsiya ilə mübarizə apara bilmədiyini söyləyirlər. Avaz.Biz