AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranlı zəvvarları daşıyan avtobus aşıb: 20 nəfər həlak olub - VİDEO

10:00, 30 Avqust 2023 👁 Oxunub: 29

İraqda iranlı zəvvarları daşıyan avtobus aşıb, hadisə nəticəsində ölənlər və yaralananlar var.

“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri məlumat verib. O, "Ərbəin" ziyarətinə (İmam Hüseynin şəhid olmasının 40-cı gün mərasimi) yollanan iranlı zəvvarlardan 20-nin həlak olduğunu, çox sayda insanın da yaralandığını bildirib. İranın İraqdakı səfirliyinin rəsmisi yaralanan yeddi iranlı zəvvarın adını açıqlayıb və yaralılar arasında üç azyaşlının olduğunu qeyd edib. Avaz.Biz