“Azad İran” “Telegram” kanalının xəbərinə görə, bu barədə İranda Ərbəin Mərkəzi Qərargahının sözçüsü Cavad Təşəkküri məlumat verib.
O, "Ərbəin" ziyarətinə (İmam Hüseynin şəhid olmasının 40-cı gün mərasimi) yollanan iranlı zəvvarlardan 20-nin həlak olduğunu, çox sayda insanın da yaralandığını bildirib.
İranın İraqdakı səfirliyinin rəsmisi yaralanan yeddi iranlı zəvvarın adını açıqlayıb və yaralılar arasında üç azyaşlının olduğunu qeyd edib.
Avaz.Biz