AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda birinci sinif şagirdlərinin 27%-i hələ qeydiyyatdan keçməyib

13:30, 30 Avqust 2023 👁 Oxunub: 13

İranın təhsil sistemi şagird və tələbələrin qeydiyyatdan keçməsi problemi ilə üzləşib.

Avaz.Biz xəbər verir ki, İranın Təhsil Nazirliyinin fəaliyyətin qiymətləndirilməsi və şikayətlərə cavab şöbəsinin baş direktoru Müctəba Haşimi məktəblərin açılmasına bir aydan az vaxt qalmasına baxmayaraq, birinci sinif şagirdlərinin 27%-ni hələ də qeydiyyatdan keçmədiyini açıqlayıb. Haşimi iranlı uşaqların məktəblərdə qeydiyyatdan keçməməsini ailələrin düşünülmüş qərarı kimi qiymətləndirib. “Apardığımız hesablamalarda qeydiyyat üçün müraciət etməyən şəxslərin özləri məktəblərə müraciət etmək istəməyiblər. İran məktəblərində əcnəbi vətəndaşlardan 475 min şagird artıq qeydiyyatdan keçib və bu tələbələrin 340 mini qarşıdan gələn tədris ili üçün məktəblərdə qeydiyyatını başa vurub. Əcnəbi şagirdlər immiqrasiya sistemində qeydiyyatdan keçərək unikal kod almalıdırlar ki, bu məsuliyyət də ailələrin özlərinin üzərinə düşür”, - Haşimi deyib. İrandakı mühacir tələbələrin sayı ilə bağlı ziddiyyətli statistik məlumatlar açıqlansa da, “Iran Watch” saytı iyulun əvvəlində verdiyi xəbərdə İrandakı bəzi dövlət məktəblərinin qeydiyyat üçün əfqan tələbələrdən “qanunsuz” pul tələb etdiyini yazıb. Avaz.Biz