AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Qəzənfəri: İnsanlar İranın qonşu dövlətlərin kadrına çevriləcəyindən narahatdır

13:55, 30 Avqust 2023 👁 Oxunub: 94

Region ölkələrinin sürətli inkişafı, İranın imkanlardan məhrum bir adaya çevrilməsi və “inkişaf müstəmləkəçiliyi” təhlükəli hal alır.

Avaz.Biz xəbər verir ki, İranın Milli İnkişaf Fondunun rəhbəri Mehdi Qəzənfəri “90 Economic” saytına müsahibəsində belə xəbərdarlıq səsləndirib. Ekspertlərin açıqlamalarını istinad göstərən Qəzənfəri qonşu ölkələrin bu sürətlə irəliləyəcəyi təqdirdə İranın gələcəkdə Türkmənistandan qaz, Səudiyyə Ərəbistanından buğda idxal edən ölkəyə çevrilə biləcəyini etiraf edib. Onun sözlərinə görə, İranın tibb işlərini Oman və Qətər görəcək, hava və dəniz logistikası isə BƏƏ-nin sərəncamında olacaq. “İnsanlar İranın ərəblərin və qeyri-ərəblərin kadrına çevriləcəyi günün gələcəyindən narahatdırlar. Əgər onların iqtisadi artımı ikirəqəmli məbləğlərə çatsa və İran inkişaf etməsə, müəyyən istismar yarana bilər. Region ölkələrinin bol gəlirləri, yüksək maaşları və çoxlu rifah yaratması səbəbindən İranı tədricən işçi qüvvəsindən və imkanlardan məhrum edəcəkləri ilə bağlı narahatlıq var. Qonşu ölkələrin hava, quru, dəmir yolu, logistika, internet nəhənginə çevrilməsi, neft və qaz nəqli xətlərinin genişləndirilməsi İranı imkanlardan məhrum bir adaya çevirmək cəhdidir. Mövcud vəziyyət inkişafın istismarıdır. Qonşu ölkələrin inkişaf prosesi o qədər sürətlə gedir ki, İranın resursları onların ixtiyarındadır”, - Qəzənfəri deyib. İranın, iyirmi ildən artıqdır ki, Türkmənistandan qaz almasına, BƏƏ, Qətər və Türkiyənin uzun illərdir ki, regionda ən böyük hava və dəniz logistika fiqurları olmasına baxmayaraq, belə bəyanatların məhz indi səsləndirilməsi sual doğurur. Maraqlıdır ki, belə bəyanat verən Qəzənfəri İranın region ölkələrinin sürətli artımından “narahat olmaq” əvəzinə onların iqtisadi artımı ilə ayaqlaşacaq və İran xalqının firavan yaşamasına şərait yaradacaq bir siyasət həyata keçirmədiyini izah etməyib. Avaz.Biz