Avaz.Biz xəbər verir ki, ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq mətbuat konfransında amerikalı hərbi qüvvələrə ehtiyac olduğu müddət ərzində bölgədə qalacaqlarını bildirib.
“Son həftələrdə SEPAH-ın dəstəklədiyi qruplar tərəfindən ticarət gəmilərinə qarşı təzyiqlər görürdük. Biz təhlükənin azaldığını görmədik, buna görə geri çəkilmək üçün heç bir səbəb yoxdur. İran təhlükəsi dəyişməyincə Amerika qüvvələrinin mövqeyində heç bir dəyişiklik olmayacaq”, - Pentaqonun sözçüsü deyib.
Daha əvvəl ABŞ-nin müdafiə naziri İranın Fars körfəzi və Hörmüz boğazında kommersiya gəmilərini ələ keçirmək cəhdlərinə cavab addımı kimi F-35 və F-16 qırıcıları və idarə olunan raketlərlə təchiz edilmiş gəmi ilə yanaşı ordunun amfibiya qoşunlarının bir hissəsinin CENTCOM-un nəzarəti altında əraziyə göndərildiyini açıqlayıb.
Vaşinqton son iki ildə İranın beynəlxalq bayraqlı 20-yə yaxın ticarət gəmisinə hücum etdiyini və ya onları ələ keçirdiyini bildirib.
Avaz.Biz