AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Tehran: İsrailin Suriyaya hücumları cavabsız qalmayacaq

12:20, 31 Avqust 2023 👁 Oxunub: 27

İsrailin Suriyanın Hələb Beynəlxalq Hava Limanına hava hücumunu pisləyən İranın xarici işlər naziri bu hərəkətlərə cavab veriləcəyini bildirib.

Avaz.Biz xəbər verir ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Suriyaya iki günlük səfəri çərçivəsində Dəməşqdə keçirdiyi mətbuat konfransında belə bəyanatla çıxış edib. “Sionist rejimin heç bir cinayət əməli cavabsız qalmayacaq. Səudiyyə Ərəbistanının səlahiyyətlilərindən Suriya ilə bağlı müsbət bəyanatlar almışıq və Dəməşqə səfər zamanı planlarımdan biri bu məsələləri müzakirə etməkdir”, - Abdullahiyan deyib. İranın xarici işlər naziri Dəməşqə səfərinin ilk günündə suriyalı həmkarı Feysəl Miqdad və ölkənin baş naziri Hüseyn Ərnusla görüşüb. Bazar ertəsi İsrailin Hələb Hava Limanına hava hücumu nəticəsində aeroportun fəaliyyəti dayandırılıb. Yeri gəlmişkən, hava limanı son aylarda dəfələrlə İsrailin hücumlarının hədəfinə çevrilib. Tehranın Suriyadan hərbi baza kimi istifadəsinə icazə verməyəcəyini deyən Təl-Əviv dəfələrlə İranın qüvvələrini və ya onun dəstəklədiyi qüvvələri hədəfə alıb. Avaz.Biz