Fransa Beynəlxalq Fotojurnalistika Festivalının təşkilatçıları “Qadın, Həyat, Azadlıq” etirazlarının tədbirin mövzularından biri olduğunu bəyan ediblər.
Avaz.Biz xəbər verir ki, Fransanın Beynəlxalq Fotojurnalistika Festivalı olan “Visa pour l'Image”ın 35-ci buraxılışı şənbə günü Fransanın cənubunda yerləşən Perpinyan şəhərində başlayacaq.
Builki festivalda əsas diqqət dünyadakı iqlim dəyişikliyinə fokuslansa da, festival çərçivəsində Ukraynadakı müharibə və İrandakı son ümummilli etirazlar kimi mövzular da açıqlanıb.

Fransanın Mədəniyyət Nazirliyinin "X" hesabında “Visa pour l'Image” festivalının bu dövründə “dünyada qadınların vəziyyətinin” xüsusi yer tutacağı bildirilib.
Festivalın posteri üçün seçilən şəkil Məhsa Əmininin Saqqız şəhərində keçirilən 40 mərasimi və bu mərasimdə iştirak etmək üçün gələn izdihamın fotosudur.
Avaz.Biz