AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın müvəqqəti işlər vəkili Fransa XİN-nə çağırılıb

16:15, 01 Sentyabr 2023 👁 Oxunub: 14

Fransanın Xarici İşlər Nazirliyi İran səfirliyinin müvəqqəti işlər vəkilini Tehranda Fransa İranşünaslıq Cəmiyyətinin tamamilə bağlanmasına etiraz olaraq çağırıb.

Avaz.Biz Fransanın Xarici İşlər Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Paris Tehranın bu birtərəfli qərarı ləğv etməsi tələbini irəli sürüb. “Fransa bu qurumun qapılarının möhürlənməsini pisləyir. Bununla belə, bu ölkə İranın 2023-cü ilin yanvarında cəmiyyəti birtərəfli bağlamaq barədə qərarına tam əməl edib. Fransa ilə İran arasında elmi və əqli əməkdaşlığın ən qədim simvollarından birinə edilən bu hücum İran hakimiyyətinin gərginlik istəyinin artmasının sübutudur. Fransa İrandan bu birtərəfli qərarın ləğv olunmasını və cəmiyyətin qapılarındakı möhürü dərhal çıxarmağı tələb edir”, - bəyanatda deyilir. Avaz.Biz