Qərbi Azərbaycan əyalətinin Təcili Yardım İdarəsindən bildirilib ki, "Nelivan-Üçnova kəsişməsində avtobusun aşması nəticəsində 4 nəfər ölüb, 42 nəfər yaralanıb".
Qəza yerinə Üçnova, Sulduz və Xana (Piranşəhr) şəhərlərindən 10 təcili tibbi yardım maşını göndərilib.
Qəzaya uğrayan avtobusda zəvvarlar olmayıb və avtobusun sərnişinləri Qoşaçaydan qayıdan alpinistlər olub.
Avaz.Biz