AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Mehdi Kərrubi: "Dəyişiklikdən başqa yol yoxdur"

15:10, 02 Sentyabr 2023 👁 Oxunub: 24

Hazırkı vəziyyətdə cəmiyyətin əli ilə və zorakılıq olmadan İranda dəyişiklik edilməsi zərurəti ölkənin siyasi fiqurları tərəfindən təkzibedilməz arqument kimi qiymətləndirilir.

Avaz.Biz xəbər verir ki, 2019-cu ildə qalmaqallı prezident seçkilərində namizəd və ev dustaqlığında olan İranın “Yaşıl Hərəkat” liderlərindən biri Mehdi Kərrubi öz bəyanatında bu məqamı xüsusi olaraq vurğulayıb. “Bu gün özünü inkişaf karvanından sürətlə uzaqlaşdıran İranı daha da sıxışdırmaq olmaz. Güvənin yolu dəyişiklikdən keçir. İran daxilindən xalqın əli ilə və heç bir zorakılıq olmadan dəyişiklik. 2009-cu ildəki şüarımız da belə idi. Hələ də dəyişməkdən başqa yol yoxdur. Ölkədə hələ də sülh yolu ilə əsaslı dəyişikliklər etmək mümkündür. Həmçinin hökumətin siyasi partiyalara münasibəti də doğru deyil. Siyasi partiyaların olmadığı bir şəraitdə hökuməti, parlamenti və bütün ölkəni dəstələr idarə edir”, - Kərrubi deyib. Siyasətçi xalqa islahat inamının qaytarılmasının və islahat təcrübəsini nəzərdən keçirərək hazırda bu məsələdə gedən insanlarla səmimi söhbət etməyin, millətin haqları ilə bağlı tələbləri tanımaqla mühafizəkarlığa qalib gəlməyin və İranın hər iki istiqamətdən dağıdıcılığını dayandırmağın zəruri olduğunu vurğulayıb. Avaz.Biz