Nazirin sözlərinə görə, İran və Türkiyə regionda gərginlik və qarşıdurma dövrünün başa çatdığı və sülh, əməkdaşlıq zamanının gəldiyi barədə həmfikirdirlər.
"Azərbaycan Prezienti İlham Əliyevlə yaxşı sazişlər bağlanıb. Biz Ermənistan və Azərbaycan arasında razılaşmaları, dialoqu dəstəkləyirik. Regionda hər hansı bir geosiyasi dəyişikliyi heç vaxt qəbul etməyəcəyik və bölgədə mövcud tarixi tranzit marşrutlarını məhdudlaşdırmayacağıq", - Abdullahiyan qeyd edib.
İranın xarici işlər naziri həmçinin qeyd edib ki, türkiyəli həmkarı ilə Qafqaz regionunda sülh və sabitliyin təmin edilməsinə kömək etmək üçün Türkiyə XİN-in təklif etdiyi Tehran-Ankara-Bakı formatı ilə bağlı razılığa gəliblər.
Avaz.Biz