Avaz.Biz xəbər verir ki, ABŞ-nin BMT İnsan Haqları Şurasındakı nümayəndəsi Mişel Teylor belə bəyanatla çıxış edib.
Məhsa Əmininin ölümünün ildönümünü və keçən il xalq etirazlarının geniş şəkildə yatırılmasını, bundan sonra məhkəmə ədalətsizliyini vurğulayan xanım Teylor İranın cavab vermək vaxtının yetişdiyini söyləyib.
“İnsan Haqları Şurasının qadınları Məhsa Əmininin ölümündən sonra nümayişlərdə hökumət ilə etirazçılar arasında şiddətli toqquşmaların qızğın çağında İran hökumətinin repressiyalarını araşdırmaq üçün faktaraşdırıcı komitənin yaradılmasına səs veriblər”, - deyə o bildirib.
Qeyd edək ki, ötənilki etirazların yayılmasının ardınca BMT-nin İqtisadi-Sosial Şurası İranın “Qadının statusu” komissiyasının üzvlüyündən çıxarılmasına səs verib.
Avaz.Biz