Avaz.Biz “Etemad” qəzetinin yaydığı məlumata istinadən bildirir ki, məmurun istefasına səbəb 18 sığorta şirkətinin serverlərinin sındırılması və milyonlarla sığortaçının məlumatlarının hakerlərin əlinə keçməsi olub.
“Haker qrupu əldə etdiyi məlumatların satışı ilə bağlı elanda “115 milyon məlumat qeydinə ad, soyad, doğum tarixi, ata adı, telefon/mobil nömrə, doğum şəhadətnaməsi nömrəsi, milli kod, şirkət kodu” və digər əlaqəli məlumatların daxil olduğunu bildirib”, - məlumatda deyilir.
Mərkəzi Sığorta Şirkəti istisna olmaqla, İranda sığorta şirkətlərinin heç biri öz istifadəçilərinin məlumatlarının sındırılması ilə bağlı rəsmi mövqe bildirməyib.
Elanda Mərkəzi Sığorta Şirkəti ciddi hücumlara baxmayaraq, qurumun sistemlərindən heç bir məlumatın ifşa edilmədiyini və heç bir haker hücumunun baş vermədiyini açıqlayıb. Bununla belə, şirkətin rəhbəri Məcid Behzadpur vəzifəsindən çıxarılıb.
Məlumata görə, iqtisadiyyat nazirinin təklifi və hökumət kollegiyasının təsdiqi ilə bundan əvvəl Mərkəzi Sığorta Şirkətinin nəzarətçi müavini olmuş Əli Ustadhaşimi bu qurumun rəhbəri təyin edilib.
Avaz.Biz