AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Semyonov: “İran-Azərbaycan-Türkiyə formatı regionda kommunikasiyaların bərpasına imkan verəcək”

10:12, 05 Sentyabr 2023 👁 Oxunub: 28

“İran-Azərbaycan-Türkiyə formatının yenidən işə salınması Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin inkişafı da daxil olmaqla, regionda nəqliyyat kommunikasiyalarının və bir çox layihənin bərpasına imkan verəcək”.

Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının üzvü, Yaxın Şərq münaqişələri sahəsində müstəqil ekspert Kirill Semyonov deyib. Onun sözlərinə görə, bu format bir çox regional problemi həll etməklə yanaşı, Bakı ilə Tehran arasında münasibətlərdəki gərginliyi aradan qaldıracaq. Ekspert hesab edir ki, Türkiyə və İranın Cənubi Qafqazda sülhü təmin etmək üçün vasitə kimi istifadə oluna biləcək bir çox təmas nöqtəsi var. “Məhz bu format müsbət dinamika yaratmağa və siyasi maneələri aradan qaldırmağa imkan verəcək. Ümumiyyətlə, Türkiyə-İran əlaqəsi həm Cənubi Qafqaz, həm də Yaxın Şərq, o cümlədən Suriyada sülhün bərpası üçün çox vacibdir”, - K.Semyonov bildirib. Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Tehran İran-Azərbaycan-Türkiyə üçtərəfli formatının yenidən işə salınması ilə bağlı Ankara ilə yekdil fikrə malikdir. Avaz.Biz