AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Alman deputat: İranın qurbanlarının azad edilməsi üçün səylər artırılmalıdır

13:30, 06 Sentyabr 2023 👁 Oxunub: 97

Almaniyalı parlamentari İran tərəfindən girov götürülən bütün insanları azad etmək üçün Avropa ölkələrini səy göstərməyə çağırıb.

Avaz.Biz xəbər verir ki, Almaniyanın Avropa Parlamentindəki nümayəndəsi Hanna Neuman öz "X" hesabında etdiyi paylaşımda Avropa ölkələrinin xarici işlər nazirlərini “girovların” tək və ya iki millətli vətəndaşlığından asılı olmayaraq azadlığa buraxılması üçün səylərin artırılmasına çağırıb. O, Tehranın Qərbdə yaşayan tək və ya ikili vətəndaşların həbsi ilə bağlı hərəkətlərini açıq şəkildə “cansıxıcı” adlandıraraq, İranın bu insanları siyasi sövdələşmələr üçün istismar etməsinə qarşı həmin vətəndaşların qayğısına qalmağa borclu olduqlarını bildirib. Qeyd edək ki, İranın pul və ya siyasi imtiyazlar müqabilində dəfələrlə Qərb vətəndaşlarını və ya iki vətəndaşlığı olan iranlıları alver predmetinə çevirdiyi artıq heç kimə sirr deyil. Avaz.Biz