AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran minatəmizləmə işlərində İrəvana yardım edəcək

14:20, 06 Sentyabr 2023 👁 Oxunub: 106

İranlı mütəxəssislər Ermənistanda minatəmizləmə işlərinə cəlb oluna bilərlər.

Avaz.Biz xəbər verir ki, bu barədə Ermənistanın Humanitar Minatəmizləmə və Ekspertiza Mərkəzinin mətbuat xidməti məlumat yayıb. Qeyd edilir ki, avqustun 29-dan sentyabrın 2-dək Mərkəzin rəhbəri Vahinak Sarkisyanın başçılıq etdiyi nümayəndə heyəti İranda rəsmi səfərdə olub. Mərkəzin əməkdaşları Kürdüstan əyalətində olub, şərti ərazilərin minalardan təmizləmə prosesini izləyiblər. Burada Ermənistan təmsilçiləri ilə İranın Minalardan Təmizləmə Mərkəzinin mütəxəssislərinin ilk işçi konfransı da keçirilib. Görüş zamanı erməni mütəxəssislərin iranlı həmkarlar tərəfindən ixtisaslaşmış müəssisələrdə hazırlanması məsələsi müzakirə olunub. “Eyni zamanda, İranın Minalardan Təmizləmə Mərkəzi tərəfindən Ermənistanda humanitar minatəmizləmə işlərinin aparılması və mümkün olarsa, iranlı mütəxəssislərdən ibarət nümayəndə heyətinin göndərilməsi məsələsi də müzakirə edilib”, - məlumatda deyilir. Xatırladaq ki, fevral ayında tərəflər humanitar minatəmizləmə sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Avaz.Biz