AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İran benzininin yalnız beşdə-biri standartlara uyğundur

13:17, 07 Sentyabr 2023 👁 Oxunub: 22

İranda istehsal olunan benzinin yalnız beşdə-biri standartlara uyğundur.

Bu barədə İranın Neft Nazirliyinin məxfi araşdırmasında məlumat verilir. Nazirliyin mediaya sızdırılmış məxfi sənədində göstərilir ki, ölkədə istehsal olunan benzinin yalnız beşdə-biri "Avro 4" və "Avro 5" standartlarına cavab verir. Sənədə əsasən, Şazənd neft emalı zavodunda gündəlik cəmi 7,3 milyon litr "Avro-4" markalı benzin, İsfahan, Təbriz və Bəndər-Abbas neft emalı zavodlarında isə 15 milyon litr "Avro-5" markalı benzin istehsal olunur. Ötən ilin yayından etibarən İran İslam Respublikası benzin qıtlığı ilə üzləşib və onu kompensasiya etmək üçün neft-kimya məhsulları və aromatik maddələr kimi külli miqdarda qeyri-standart materialları emal zavodlarının istehsal etdiyi benzinlə qarışdırır. Avaz.Biz