Bu barədə İranın Neft Nazirliyinin məxfi araşdırmasında məlumat verilir. Nazirliyin mediaya sızdırılmış məxfi sənədində göstərilir ki, ölkədə istehsal olunan benzinin yalnız beşdə-biri "Avro 4" və "Avro 5" standartlarına cavab verir.
Sənədə əsasən, Şazənd neft emalı zavodunda gündəlik cəmi 7,3 milyon litr "Avro-4" markalı benzin, İsfahan, Təbriz və Bəndər-Abbas neft emalı zavodlarında isə 15 milyon litr "Avro-5" markalı benzin istehsal olunur.
Ötən ilin yayından etibarən İran İslam Respublikası benzin qıtlığı ilə üzləşib və onu kompensasiya etmək üçün neft-kimya məhsulları və aromatik maddələr kimi külli miqdarda qeyri-standart materialları emal zavodlarının istehsal etdiyi benzinlə qarışdırır.
Avaz.Biz