Bu barədə ABŞ Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin hesabatında deyilir. Təhlilçilər vurğulayırlar ki, bununla əlaqədar yeni həbs dalğaları başlayıb. Belə ki, avqustun 17-də rejim bir qrup qadın hüquq müdafiəçisini Məhsa Əmininin ölümünün ildönümündə “xaos yaratmaq və vandalizmi qızışdırmaq” planlarına görə həbs edib, sentyabrın 7-də isə İran təhlükəsizlik xidmətləri etiraz təşkilatçıları şəbəkəsinin ifşa olunduğunu elan edib.
Daha əvvəl xəbər verilib ki, Məhsa Əmininin anım günü ərəfəsində hökumətin etirazçılara təzyiqləri artıb.
Avaz.Biz