Avaz.Biz xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sözügedən şuranın Küveyti dəstəkləməsinə və Səudiyyə Ərəbistanının "Arəş" neft yatağına sahib çıxmasına cavab olaraq, enerji sahəsində ölkələr arasında konstruktiv əməkdaşlığın zəruriliyini vurğulayıb.
“Üç ada İran torpağının ayrılmaz və əbədi hissəsidir. Fars Körfəzi Əməkdaşlıq Şurasında nazirlərin iclasının son bəyanatında onların qeyd edilməsinin heç bir siyasi və hüquqi dəyəri yoxdur. İran Küveyt hökuməti ilə apardığı ikitərəfli danışıqlara və danışıqların qeydlərinə əsaslanaraq, enerji sahəsində həmişə dostluq və konstruktiv əməkdaşlığı dəstəkləyir. Fars körfəzi ölkələri bölgənin sərvətlərindən “xoş niyyət və tarixi hüquqlar” əsasında və ölkələrin ümumi maraqlarına uyğun şəkildə istifadə etməlidir”, - Kənani deyib.
Fars Körfəzi Əməkdaşlıq Şurasının nazirlər şurasının Ər-Riyadda keçirilən 157-ci iclasının yekun bəyanatı İranı Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını “işğal etməkdə” günahlandıraraq, bir daha BƏƏ-ni bu adaların sahibi adlandırıb. Şura Tehrana bu məsələni BƏƏ və ya Beynəlxalq ədalət məhkəməsində danışıqlar yolu ilə həll etməsini məsləhət görüb.
Fars Körfəzi Əməkdaşlıq şurası öz bəyanatında həmçinin "Arəş (Əl-Dürrə)" neft yatağının tam mülkiyyətinin Səudiyyə Ərəbistanı və Küveytə aid olduğu, məhz onların bu yatağın bütün ehtiyatlarını istismar etmək hüququna malik olduqları vurğulanıb.
Avaz.Biz