AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın təmsilçisi ilk dəfə ŞƏT-in iclasında iştirak edib

18:25, 09 Sentyabr 2023 👁 Oxunub: 17

İran nümayəndəsi ilk dəfə Şanxay Əməkdaşlıq Təşkilatının Terrorla Mübarizə strukturu şurasının iclasında rəsmi üzv kimi qatılıb.

Avaz.Biz “Təsnim” agentliyinin yaydığı məlumata istinadən bildirir ki, Qazaxıstanda “RETS” kimi tanınan bu təşkilatın Terrorla Mübarizə Regional Struktur Şurasının 40-cı iclasında 11 ölkənin nümayəndəsi, o cümlədən 9 hökumət təmsilçisi və 2 müşahidəçi iştirak edib. Məlumata görə, İŞİD-ə qarşı mübarizənin davam etdirilməsi və Əfqanıstandakı vəziyyətə diqqət yetirilməsi zərurəti görüşdə xüsusi diqqət çəkən iki mühüm məsələ olub. İran bu yaxınlarda ümumilikdə təhlükəsizlik məsələləri ilə məşğul olan ŞƏT-ə tamhüquqlu üzv kimi qəbul edilib. Avaz.Biz