AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

2019-cu ildən 2022-ci ilə qədər İranda sintetik narkotikin müsadirə halları artıb

12:10, 11 Sentyabr 2023 👁 Oxunub: 34

Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) icraçı direktoru öz hesabatında bildirib ki, Əfqanıstanda sintetik narkotik istehsalının artımı “Taliban”ın 2022-ci ilin aprelində xaşxaş əkininə qadağa qoymasından sonra güclənib.

“Əfqanıstanda və regionda sintetik narkotik ticarətinin artması qeyri-qanuni narkotik bazarında əhəmiyyətli dəyişikliyi göstərir və bizim təcili diqqətimizi tələb edir”, - o deyib. Hesabatda göstərilir ki, 2019-cu ildən 2022-ci ilə qədər İran və Pakistanda sintetik narkotikin müsadirə halları artıb. Həmçinin Fransa və Avstriyada da əfqan mənşəli olduğu ehtimal edilən bu narkotik maddənin müsadirəsi qeydə alınıb. Xatırladaq ki, 2022-ci ilin aprelin 3-də “Taliban” hərəkatının lideri Heybətullah Axundzadə bütün Əfqanıstanda xaşxaş becərilməsinə qadağa qoyub. Avaz.Biz