AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Paşinyan Qərbi və İranı Azərbaycanla təcili “dialoq”a çağırıb

13:00, 11 Sentyabr 2023 👁 Oxunub: 18

Bəzi dövlətlərin liderləri ilə telefon danışığında Ermənistanın baş naziri Ermənistan-Azərbaycan sərhədlərində növbəti hərbi gərginliyin qarşısını almaq üçün Bakı ilə “təcili” danışıqlar aparmağı təklif edib.

Avaz.Biz xəbər verir ki, şənbə günü Ermənistan hökuməti bəyanat yayaraq, baş nazir Nikol Paşinyanın Fransa və İran prezidentlərini, Almaniya kanslerini və ABŞ-nin Dövlət katibini İlham Əliyevlə təcili danışıqlara çağırdığını bildirib. Paşinyan iki ölkənin sərhədlərində və Azərbaycanın Qarabağ bölgəsində yeni hərbi gərginliyin qarşısını almağa səsləyib. İranın “İRNA” dövlət xəbər agentliyi Paşinyan və İbrahim Rəisi arasında şənbə günü telefon danışığına istinadən bildirib ki, İran prezidenti “İranın regionun tarixi sərhədlərində istənilən gərginliyə və dəyişikliyə ciddi etiraz etdiyini” vurğulayıb. Avaz.Biz