AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranda bir həftədə 21 nəfər koronavirusdan vəfat edib

14:20, 11 Sentyabr 2023 👁 Oxunub: 23

Ölkədəki koronavirus statistikası son bir həftə ərzində 782 nəfərin bu virusa yoluxduğunu və onlardan 21-in vəfat etdiyini göstərir.

Avaz.Biz İranın Səhiyyə Nazirliyinin uzun müddətdən sonra ilk dəfə açıqladığı həftəlik statistikaya istinadən xəbər verir ki, ölkədə COVİD-19 xəstələrinin ümumi sayı hazırda 7 milyon 614 min 729 nəfərə çatıb. Qeyd edək ki, nazirliyin səsləndirdiyi rəqəmlər daim cəmiyyətdə ciddi şübhələrə səbəb olub. Təsadüfi deyil ki, bir müddət əvvəl İranın Tibb Sistemi Təşkilatının rəhbəri Məhəmməd Rza Zəfərkəndi COVİD-19 virusuna yoluxanların sayının Səhiyyə Nazirliyinin açıqladığı rəsmi rəqəmləri faktiki olaraq üç dəfə üstələdiyini bildirib. Buna baxmayaraq, yeni həftəlik statistikanın açıqlanmasından bir gün sonra səhiyyə naziri Bəhram Eynullahi ölkədə yeni yayılmış COVİD-19 ştammının olmadığını, bu virusun epidemiya və ya pandemiya vəziyyətindən qripə bənzər təcrid edilmiş və ya endemik vəziyyətə keçdiyini söyləyib. O, bu virusun həmişə mövcud olacağını da vurğulayıb. Avaz.Biz