AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Arazı çirkləndirən İran və İrəvan "su razılığı" əldə edib

15:07, 11 Sentyabr 2023 👁 Oxunub: 31

İrəvan və Tehran Araz çayı ilə sərhəddə suyun keyfiyyəti, ekoloji problemlərinə daha fəal nəzarət edəcəklər.

Avaz.Biz xəbər verir ki, bu barədə Ermənistanın ekologiya naziri Hakob Simidyan və İranın vitse-prezidenti, Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqə arasında Tehranda keçirilən görüşdə razılıq əldə olunub. Ermənistanın müvafiq nazirliyinin sosial şəbəkədəki səhifəsində bildirilir ki, birgə tədqiqat və fəaliyyətlərin aparılması da planlaşdırılır. Qeyd edilir ki, ardıcıl ikinci dəfə baş tutan görüş erməni nazirin qum və toz fırtınaları ilə mübarizə üzrə beynəlxalq konfransda iştirak etmək üçün İrana səfəri çərçivəsində baş tutub. Simidyan Səlaciqəni İrəvana detalları müzakirə etməyə dəvət edib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra İran bütün sferalarda Ermənistanla olan əməkdaşlığı dərinləşdirib. Araz çayını isə ən çox Ermənistan çirkləndirir. Avaz.Biz