Bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Nasir Kənani İran səfirliyinə hücuma görə Fransa hakimiyyət orqanlarına xəbərdarlıq edildiyini bildirib:
“Fransa beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirməli və İran səfirliyinin təhlükəsizliyinə cavabdeh olmalıdır”.
Xatırladaq ki, sentyabrın 9-da İranın Fransanın paytaxtı Parisdə yerləşən səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin qapısı tamamilə yanıb. Diplomatik nümayəndəlikdən heç kim xəsarət almayıb.
Avaz.Biz