AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Mossad: İsrail Rusiyanın İrana silah tədarükündən narahatdır

18:35, 11 Sentyabr 2023 👁 Oxunub: 26

İsrail kəşfiyyatının rəhbəri David Barnea Moskvanın Tehrana qabaqcıl silahlar verməsi ehtimalının olduğunu bildirib.

Avaz.Biz xəbər verir ki, “Mossad”ın rəhbəri İsrailin Reyxman Universitetində keçirilən konfransda Rusiyanın İranın silah istehsalına olan xammal tələbatını ödəməsinin Tehrana yaxşı heç nə vəd etmədiyini vurğulayıb. “Narahatlığımız ondan ibarətdir ki, Rusiya İranın silah və xammal tələbatını ödəyəcək. Bu isə İsraili risk altına qoyur. İran israillilərə qarşı ölümcül hücumlar planlaşdırır. Əgər İsrail yəhudiləri İran tərəfindən zərər görsələr, İran rəsmiləri və siyasətçiləri aşağıdan yuxarı hədəfə alınacaqlar. İsrailin qisası İran torpağının dərinliklərində və Tehranın ürəyində reallaşacaq. Təl-Əviv və müttəfiqləri son bir ildə Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada İsrail vətəndaşlarına qarşı 27 hücumun qarşısını alıblar. Bu komandaların sui-qəsdlərini İran layihələndirib, təşkil və idarə edib. İndi də mən çıxış edəndə İran daha çox hücumlar həyata keçirməyə çalışır”, - Barnea deyib. Bir neçə gün əvvəl “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən İranın Rusiyadan qabaqcıl zenit sistemləri almaq niyyətində olduğunu bildirmişdi. Moskva indiyədək Tehrana "S-400" zenit sistemləri satmaq planı barədə heç nə deməsə də, Təl-Əviv bu qabaqcıl silahların İsrailin İranın nüvə obyektlərinə hava hücumuna qarşı təsirli amil olacağına inanır. Ötən aylarda Qərb rəsmiləri də Rusiyanın Ukraynadakı müharibədə istifadə üçün İrandan yüzlərlə PUA alması müqabilində İrana qabaqcıl qırıcılar vermək niyyətində olduğunu iddia ediblər. Avaz.Biz