AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Kənani: Azərbaycan Ermənistana qarşı hərbi addım atmaq niyyətində deyil

19:00, 11 Sentyabr 2023 👁 Oxunub: 19

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycanın hakimiyyət orqanlarının Ermənistana qarşı hərbi addım atmaq niyyətində olmadığı barədə Tehranı məlumatlandırdığını bəyan edib.

Avaz.Biz xəbər verir ki, İran XİN-in sözçüsü keçirdiyi həftəlik mətbuat konfransında rəsmi Bakının belə bir niyyəti olmadığı barədə Tehranı məlumatlandırdığını söyləyib. “Ermənistan hakimiyyəti Azərbaycandan yeni hərbi münaqişənin başlaya biləcəyindən narahatlığını bildirib. Amma Bakı rəhbərliyi bizə bildirdi ki, onların hərbi hücum niyyəti yoxdur və son transferlər qış mövsümü ərəfəsində adi hərbi əməliyyatdır, çünki dağlıq ərazilərdə hərəkət getdikcə çətinləşir. Qafqazda baş verən proseslərin əhəmiyyətini, regionda hər hansı iğtişaş və qeyri-sabitliyin, yeni gərginliyin bütün regiona təsirini nəzərə alaraq, İran bu sahədə baş verənləri həssas və ciddi şəkildə izləyir”, - Kənani deyib. Avaz.Biz