AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Kənani: ABŞ-lə məhbus mübadiləsi “yaxın gələcəkdə” baş tutacaq

12:25, 12 Sentyabr 2023 👁 Oxunub: 29

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani keçirdiyi mətbuat konfransında Vaşinqtonla Tehran arasında əsirlərin mübadiləsinin tezliklə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

Avaz.Biz “Reuters” agentliyinə istinadən xəbər verir ki, Tehranla Vaşinqton dondurulmuş altı milyard dollarlıq İran aktivlərinin azad buraxılması müqabilində amerikalı məhbusların azad olunmasına dair razılaşmanı yekunlaşdırmaq ərəfəsindədir. Adı açıqlanmayan mənbələrə istinad göstərən agentlik İranın aktivlərinin Qətərdəki banka transferinin bu həftə yekunlaşacağını və beş amerikalı məhbusun əvvəlcədən razılaşdırılmış addımlar çərçivəsində İrandan buraxılacağını yazıb. Həmin şəxslər bir ay əvvəl həbsxanadan ev dustaqlığına köçürülüb. İran isə Qətərdəki banklardan köçürüləcək aktivlərdən yalnız sanksiyalar siyahısına daxil olmayan qida və dərman kimi əşyaları almaq üçün istifadə edə bilər. Avaz.Biz