Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.
“Biz İrana qarşı sanksiyaları ləğv etmirik və ya zəiflətmirik”, - deyə o vurğulayıb.
Qeyd olunur ki, ABŞ İran hakimiyyətinin insan haqlarının pozulması, terrorizmə dəstək, o cümlədən xaricdə sabitliyi pozmaq kimi fəaliyyətlərinə, həmçinin Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsinə qarşı çıxmağa davam edəcək.
Xatırladaq ki, bir müddət öncə bildirilmişdi ki, aylarla davam edən gizli diplomatik danışıqlar ABŞ-nin keçmiş prezidenti Donald Tramp administrasiyası tərəfindən İran neftinə qarşı tətbiq edilən sanksiyaların yumşaldılmasına səbəb olub. 2018-ci ilin noyabr ayından ABŞ növbəti sanksiyalarla hədələyərək digər ölkələrə İran neftinin idxalını qadağan edib.
Avaz.Biz