AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Qallant: İran Livanın cənubunda hava limanı tikir

13:20, 13 Sentyabr 2023 👁 Oxunub: 93

İsrailin müdafiə naziri Yoav Qallant İranı İsrailə mümkün hücum üçün Livanın cənubunda “hava limanı” tikməkdə ittiham edib.

Avaz.Biz xəbər verir ki, general Yoav Qallant, Herzliyadakı Reyxman Universitetində çıxışında Livanın cənubunda iranlılar tərəfindən tikilmiş hava limanının havadan görüntülərini nümayiş etdirərək, bu terminalın yaradılmasında məqsədin İsrailə qarşı “terror hücumları” olduğunu söyləyib. “Bu hava limanının ərazisi Livana məxsusdur, lakin onun nəzarəti İranın əlindədir və hədəf İsraildir. Əgər münaqişə kəskinləşərsə, İsrail ordusunun gücündən istifadə etməkdən çəkinməyəcəyik. Bu halda "Hizbullah" və Livan ağır bədəl ödəyəcək. İranın büdcəsi, silahı və əməliyyat istiqaməti, İsrailə qarşı başqa cəbhələrin formalaşması var. Onlar İordaniya sərhədlərini İsrail üçün də təhlükəli etmək istəyirlər. Amma bir nazir kimi bəyan edirəm ki, özümüzü təkbaşına müdafiə etmək imkanımız var”, - Qallant deyib. Onun sözlərinə görə, bu hava limanı orta ölçülü təyyarələri qəbul edə bilər. Qallantın İranın hava limanı tikdiyini iddia etdiyi yer Birkə Cəbbur kəndi ilə Cizzin şəhəri arasındakı ərazidə yerləşir. Bura İsrailin sərhədindəki Motula şəhərinin şimal hissəsindən təxminən 20 kilometr aralıdadır. Qallant çıxışında hazırda İsrail ordusunun döyüşü davam etdirməsini çətinləşdirən yeganə məqamın ölkədə məhkəmə islahatları planı ilə bağlı cəmiyyəti parçalayan daxili böhranın olduğunu bildirib. Lakin səfərbərlik günü hamı ölkəni bir yumruq kimi qorumalı və düşməni ağır bədəl ödəməyə məcbur etməlidir. "Hizbullah" və İran hələlik Yoav Qallantın bəyanatına heç bir reaksiya verməyib. Avaz.Biz