AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

13:42, 13 Sentyabr 2023 👁 Oxunub: 14

Sentyabrın 12-də saat 13:00-da “Horadiz” sərhəd dəstəsinin İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) və Dövlət Gömrük Komitəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 6 kiloqram 210 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-dən bildirilib. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Avaz.Biz