Avaz.Biz İranın “Təsnim” agentliyinə istinadən xəbər verir ki, İslam Respublikasının müdafə naziri Möhəmməd Reza Aştiani belə bəyanatla çıxış edib.
“İnanırıq ki, Qafqazda müharibə olmayacaq və bu məsələ üzrə biz İran İslam Respublikasının mövqeyini dəqiq şəkildə açıqlamışıq. Dövlətlər arasında sərhədlərin dəyişdirilməsini qəbul etmirik. Düşünürük ki, yaxın vaxtlarda bölgədə ciddi heç nə baş verməyəcək”, - Aştiani deyib.
Ermənistan-ABŞ birgə hərbi təlimlərinin fonunda İranın müdafiə nazirinin bu bəyanatı və sərhədlərin dəyişdirilməsinin yolverilməzliyini vurğulaması Tehranın İrəvanın hərəkətlərindən ciddi təşvişə düşdüyündən xəbər verir. “Qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipindən çıxış edən İran, əslində, yeni Azərbaycan-Ermənistan müharibəsindən yox, hələ indinin özündə də hər cür dəstək verdiyi İrəvanın Vaşinqtonla birləşərək onu arxadan vurmasından narahatdır. Çünki bölgədə sərhədlərin dəyişdirilməsinin yeganə hərisi məhz Ermənistandır.
Sahil İsgəndərov
Kamran İsayev
Avaz.Biz