Birləşmiş Ştatlar, lazım bilsə, Cənubi Koreyadan Qətərə köçürülən İranın altı milyard dollarını yenidən bloklamak imkanına malikdir.
Avaz.Biz xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller jurnalistlərə müsahibəsində bu variantı da istisna etməyib.
“Xəzinədarlıq Departamenti bu resursların necə istifadə olunmasına ciddi nəzarət edir. Bu resursların istifadəsini izləmək imkanımız var. Bu vəsaitlərin humanitar məqsədlər üçün istifadə edilməsi nəzərdə tutulur”, - Miller deyib.
Məhz İran prezidenti İbrahim Rəisinin “NBC” kanalına müsahibəsinin dərcindən bir neçə saat sonra Miller belə açıqlama verib. Rəisi həmin müsahibədə bu pulun İrana və İran millətinə məxsus olduğuna görə onun necə və hara xərclənməsi qərarını da məhz Tehranın verəcəyini iddia edib. Bu isə birmənalı şəkildə Vaşinqtonu qıcıqlandırıb.
Avaz.Biz