AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

“Amnesty İnternational” İrana qarşı beynəlxalq tədbirlər görməyə çağırıb

17:10, 13 Sentyabr 2023 👁 Oxunub: 22

Beynəlxalq Amnistiya Təşkilatı İran hakimiyyətini Məhsa Əmininin ölümünə cavab olaraq hökumətə qarşı keçirilən etiraz aksiyalarından sonra beynəlxalq qanunları pozan çoxsaylı cinayətlər törətməkdə ittiham edib.

Avaz.Biz xəbər verir ki, Almaniyanın Beynəlxalq Amnistiya Təşkilatının təmsilçisi Culia Dukrov İran hakimiyyətinin “on illərdir zülm və ədalətsizliyə qarşı mübarizə aparan” xalqına qarşı “ağılsız cinayətlər” törətdiyini söyləyib. “Amnesty İnternational” beynəlxalq ictimaiyyəti İran hakimiyyətini mühakimə etməyə çağırıb. Bu, əslində, başqa ölkələrdən insanlığa qarşı cinayət törətməkdə təqsirləndirilən şəxslərin həmin ölkələrin özlərində deyil, xarici ölkədə cinayət məsuliyyətinə cəlb edilməsi tələbidir. “Ötən il Almaniya hökuməti BMT-nin İnsan Haqları Şurasında İran üzrə Təhqiqat Komissiyasının formalaşmasında mühüm rol oynayıb. İndi Məhsa Əmininin ölümündən bir il ötür. Almaniya hökumətinin özünü İranda insan haqlarına sadiq hesab edəcəyini gözləyirik”, - Dukrov deyib. İran hökuməti ötənilki ümummilli etirazları ciddi şəkildə yatırıb və on minlərlə insanı həbs edib. Hüquq müdafiəçilərinin müxtəlif hesablamalarına görə, azı 500 etirazçı həlak olub. Ağır repressiya siyasəti nəticəsində etirazlar səngiməsə də, bu gün İranda bir çox qadın "səssiz etiraz aksiyası" keçirərək məcburi hicabla bağlı qanunlara məhəl qoymur, ictimai yerlərə hicabsız gedir. Avaz.Biz