AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

İranın və Almaniyanın xarici işlər nazirlərinin telefon danışığı olub

13:00, 14 Sentyabr 2023 👁 Oxunub: 35

Almaniyanın xarici işlər naziri Annalena Berbok iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı aparıb.

Avaz.Biz Almaniyanın Xarici İşlər Nazirliyinin "X" hesabında yaydığı məlumata istinadən xəbər verir ki, “açıq, səmimi və şəffaf” olan söhbətdə tərəflər ölkələr arasında bəzi məsələlərdə “fikir fərqliliyini” müzakirə ediblər. ABŞ-də bir neçə günlük səfərdə olan xanım Berbok iranlı həmkarı ilə söhbətdə xüsusilə Almaniya konsulluğu məsələlərinin müzakirə olunduğunu açıqlayıb. Bu telefon danışığı iki ölkənin xarici işlər nazirlərinin 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında görüşündən sonra ilk qiyabi təmasıdır. Ümumiyyətlə, Tehranla Berlin arasında münasibətlərin gərginliyi fonunda Annelena Berbok İranda etirazların zorakılıqla yatırılmasının qatı tənqidçisi olub. Tehran isə öz növbəsində onu və Almaniya hökumətini İranın daxili işlərinə qarışmaq cəhdində ittiham edib. Avaz.Biz