AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

ABŞ Konqresində İrandakı vəziyyət müzakirə olunub

14:15, 15 Sentyabr 2023 👁 Oxunub: 110

ABŞ Parlamentinin Nümayəndələr Palatasının Beynəlxalq Münasibətlər komitəsi “İranın düşmən fəaliyyəti” ilə bağlı dinləmələr keçirib.

Avaz.Biz “İran İnternational” nəşrinə istinadən xəbər verir ki, dinləmələrdə İranın hakimiyyət rejiminin hərbi fəaliyyəti, nüvə proqramı və vətəndaşlara qarşı repressiya siyasəti müzakirə edilib. Dinləmələrdə İrandan olan ictimai-siyasi fəallar, o cümlədən Məsih Əlinijat, Demokratiyanı Müdafiə Fondunun baş elmi əməkdaşı Behnam Ben Taleblu, ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin İran üzrə bölməsinin keçmiş rəhbəri Norman Rolle, ABŞ-nin Brukinqs İnstitutunun İran problemləri üzrə baş analitiki Süzan Meloni və başqaları iştirak ediblər. Meloninin sözlərinə görə, müxtəlif dövlətlərin hakimiyyətləri İranla danışıqlar aparmağa cəhd göstərsə də, bunu yarıda dayandırıb. Taleblu isə ABŞ-nin müttəfiqlərinin və Körfəz Əməkdaşlıq Şurası ölkələrinin Vaşinqtonun onlardan üz döndərdiyi qənaətinə gələrək, Tehranla münasibətləri sıxlaşdırdıqlarını söyləyib. Məsih Əlinijat Tehran rejimini qıcıqlandırmamaq üçün Ağ Evin İrana qarşı ehtiyatlı siyasət yürütdüyünü vurğulayıb. Əslində, bu bəyanat son vaxtlar Vaşinqtonla Tehran arasında müəyyən məsələlərdə əldə olunan razılaşmaya işarədir. Təsadüfi deyil ki, hətta bəzi ABŞ konqresmenləri bu razılaşmaya görə Bayden administrasiyasından hesabat tələb edirlər. Avaz.Biz