AZ | EN | آذ | فا
Səfirlikdəki terror İsrail ekspertlərinin gözü ilə | Eksklüziv

Təbrizdə vəkillər kütləvi etiraz aksiyası keçiriblər

15:06, 15 Sentyabr 2023 👁 Oxunub: 29

Şərqi Azərbaycan əyalətinin Vəkillər Birliyinin bir qrup hüquqşünası İran parlamentinin son qərarlarına etiraz etmək üçün sentyabrın 13-də Təbriz şəhərində toplaşıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, hüquqşünaslar “Vəkillər Birliyinin müstəqilliyi millətin əsas hüquqlarını təmin edir”, “Vəkillər Birliyinin müstəqilliyi = ədalətli məhkəmə sistemi” kimi plakatlar hazırlayıblar. Qeyd edək ki, parlamentin yeni qərarına əsasən, vəkillik lisenziyasının verilməsi hüququ Vəkillər Birliyindən alınaraq İqtisadiyyat və Maliyyə Nazirliyinin alt qruplarına veriləcək ki, bu da vəkillərin etirazına səbəb olub. Avaz.Biz